son dəqiqə SON DƏQİQƏ
Fransa millisinin üzvü PSJ-də Almatıda təlim-məşq toplanışı Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurub Gənc boksçularımız Avropa çempionatında Paytaxt klubu bölgəyə köçdü “Qarabağ”a şad xəbər Maldini İtaliyada klubunu dəyişdi Kamandan oxatma üzrə ölkə çempionatı və kubok başa çatıb Dambrauskas jurnalistlər önünə çıxacaq Azərbaycan beynəlxalq idman yarışına ev sahibliyi edəcək "Turan Tovuz" millimizin üzvü ilə razılaşdı 18 yaşlı afrikalı "Sabah"da Bökgə təmsilçisi baş məşqçi ilə yolları ayırdı Azərbaycanlı Avropa Çempionatında finala çıxdı "Zaqatala" 15 yaşlı futbolçunu əsas heyətə cəlb etdi Millimiz Avropa Çempionatını Norveç üzərində qələbə ilə başa vurdu Azərbaycanda istədiyini edə bilmədi, Norveçin ən köklü klubuna keçdi Azərbaycan klubu Hulku transfer etdiyi açıqladı Millimizin üzvü Türkiyə klubu ilə anlaşdı Azərbaycanda və Özbəkistanda keçiriləcək mundialın daha 4 iştirakçısı bəlli oldu 10 cüdoçumuz beynəlxalq turnirdə mübarizəyə qoşulacaq Azərbaycanda işləmiş məşqçi "Qarabağ"ı "Şaxtyor"a bənzətdi Azərbaycanda 3 klubda oynamış futbolçu Malaziyada özünə komanda tapdı Millimizin üzvü qardaşı ilə münasibətlərindən danışdı Millimizin üzvü oynadı, komandası uduzdu Millimizdən 2 ardıcıl qələbə “Yunayted”in qapıçısı Çempionşipdə Ölkə çempionatı başa çatıb

Yeni reytinq cədvəli açıqlandı: İdmançılarımızdan uğurlu nəticə

Bölmə adı Taekvondo
Yayımlandı 14-07-2026, 15:58

Dünya Parataekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Sport1.az xəbər verir ki, paralimpiya çempionumuz İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində 495.75 xalla birincidir.

58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı Sabir Zeynalov iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı 2 qızıl medal sayəsində reytinqini 381.15 xala yüksəldərək bir pillə irəliləyib və ikinci pilləyə yüksəlib.

63 kq çəki dərəcəsində Amin Əliyev 52.91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev isə 39.71 xalla 23-cü pillədə qərarlaşıb.

Orxan Cəfərov 80 kq çəki dərəcəsində 45.83 xalla 24-cü pillədəki mövqeyini qoruyub.

Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova 42.32 xalla iki pillə irəliləyərək 20-ci sıraya yüksəlib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR