
2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” transferini reallaşdırıb.
Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalanıb.
25 yaşlı braziliyalı qapıçı “1” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.