
"Neftçi" Misli Premyer Liqasının sonuncu – 33-cü turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığı yekunlaşdırıb.
Sport1.az xəbər verir ki, komanda üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçu Emil Səfərov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.
Mayın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.