son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Kaxaber Tsxadadze: “Bizim öz məqsədimiz var”

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-05-2026, 21:57

"Qəbələ" Misli Premyer Liqasının 2025/26 mövsümünün sonuncu - 33-cü turunda doğma meydanda "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:


“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Son oyun idi. Düzdür, matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm. Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq, bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir. Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq”.


- Bu matçda pley-offu düşünüb hansısa taktiki gedişlər və ya rotasiyalar etdiz?

- Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Potensial rəqiblərin hamısının oyunlarını izləyirik.


- Rəqibin hansı komanda olmasını istəyirsiz?

- Oyuna hazırlaşacağıq. "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir.


- Sabah Mingəçevirdəki oyunda olacaqsız?

- Yəqin ki, olacağam.


- "Qəbələ" ötən mövsüm I Liqada rahat çempion oldu. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi böyükdür. Pley-of oyununda futbolçularda arxayınlıq olar bilər?

- Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.


- Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiz?

- Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Bildiyim qədərilə Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR