son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Ayxan Abbasov: “Ağır mövsüm oldu”

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-05-2026, 21:24

"Şamaxı" Misli Premyer Liqasının 2025/26 mövsümünün sonuncu - 33-cü turunda səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:


"Çempionat bitdi. Komandama təşəkkür edirəm. Ağır mövsüm oldu. Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi. Təhlil etsək, görərik ki, keçən ildən yaxşı olduq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idi. Bu mövsüm 12 komanda arasında mübarizə daha sərt oldu. Kubokda da irəlilədik. Gənc futbolçuların inkişafı, yaxşı legionerlərin uyğunlaşması baxımından komanda irəlilədi. Hədəfimiz bu idi. Rəhbərliyə, futbolçulara, məşqçilərə təşəkkür edirəm. "Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. İnşallah layiq olan qələbə qazanar. İnanıram ki, "Şamaxı" düzgün qərar verib bu işi davam etdirən bir məşqçi ilə razılaşar, bu ildən daha yaxşı olmağa çalışar".

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR