son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

"Xankəndi": “Artıq doğma şəhərdə oynamağın vaxtıdır”

Bölmə adı Futbol
Yayımlandı 21-05-2026, 17:08

“Xankəndi”nin idman direktoru Vasif İsmayılov klubun gələcək planları və ev oyunları ilə bağlı açıqlama verib.



Sport1.az-ın məlumatına görə, o bildirib ki, yaranmasından cəmi iki il keçməsinə baxmayaraq, klub artıq ikinci çempionluğunu qazanıb.


Region Liqasının ardından II Liqanın da qalibi olan kollektiv növbəti mövsümdən I Liqada çıxış etmək hüququ əldə edib. Qeyd olunub ki, bunun üçün tələb olunan lisenziya artıq alınıb.



Vasif İsmayılovun sözlərinə görə, klub gələn mövsümdən etibarən ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməyə ümid edir. O, Peşəkar Futbol Liqası və AFFA rəhbərliyinin dəstəyini, eləcə də gənclər və idman naziri Fərid Qayıbovun son günlərdə stadiona etdiyi səfəri bu baxımdan önəmli amil kimi qiymətləndirib.



Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın, xüsusilə futbolun inkişafına göstərdiyi diqqət və qayğının Azərbaycan futbolunun inkişafında mühüm rol oynadığı vurğulanıb.



Qeyd edilib ki, “Xankəndi” Region Liqası və II Liqanın son “6-lıq” mərhələsindəki oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, II Liqanın ilk dövrəsindəki qarşılaşmalarını isə “Palms Sports Arena”nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlər də müxtəlif stadionlarda baş tutub.



Klub rəsmisi artıq komandanın doğma şəhərdə çıxış etməsinin vaxtının çatdığını bildirib və rəqibləri Xankəndidə, yerli azarkeşlərin önündə qəbul etmək istədiklərini qeyd edib.



Bununla yanaşı, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələrindən ibarət fan klubunun mövcud olduğu və bunun xüsusi qürur mənbəyi sayıldığı diqqətə çatdırılıb.



Açıqlamanın sonunda vurğulanıb ki, uzun illər işğal altında olmuş bir şəhərdə Azərbaycan klubunun rəsmi oyun keçirməsi tarixi ədalətin və milli qürurun təcəssümü hesab olunur.


Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR