son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

"Sabah” tarix yazdı: Avropada mövsümün sürpriz çempionları açıqlandı

Bölmə adı Futbol
Yayımlandı 21-05-2026, 13:03

“beIN SPORTS” Avropada bu mövsüm ölkə çempionu olan klublarla bağlı maraqlı araşdırma yayımlayıb.


Sport1.az xəbər verir ki "beinsports.com" tərəfindən hazırlanan araşdırmada ilk dəfə çempion olan komandalar, uzun illərdən sonra zirvəyə qayıdan klublar və ardıcıl çempionluğunu davam etdirən kollektivlər ön plana çıxarılıb.


Xüsusilə tarixində ilk dəfə qızıl medallara sahib çıxan komandalar diqqət mərkəzində olub. Hazırda bu siyahıda iki klub yer alır ki, onlardan biri Misli Premyer Liqasının qalibi "Sabah"dır.

Qeyd olunub ki, cəmi 9 illik tarixə malik Bakı təmsilçisi son 4 mövsümdə Azərbaycan futboluna hökm edən "Qarabağ"ın hegemonluğunu dayandırmağı bacarıb.


Araşdırmada İsveçrənin "Thun" klubuna da xüsusi yer ayrılıb. Bildirilib ki, 128 illik tarixə malik kollektiv uzun gözləntidən sonra nəhayət bu mövsüm ilk çempionluğunu qazanaraq kuboku muzeyinə aparıb.


Bununla yanaşı, İngiltərə, Avstriya, Danimarka, Rumıniya, Bolqarıstan və Macarıstanda da illərlə davam edən çempionluq həsrətinin sona çatdığı vurğulanıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR