23:54 19.05.2026 34

Tahir Gözel: “Məqsədimiz "Qarabağ"ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir“

"Qarabağ" artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil”.

Sport1.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözel klubun İdarə Heyətinin üzvləri, məşqçi və futbolçu heyəti ilə görüşü zamanı deyib.


Mövsümün yekunlarına həsr olunan tədbirdə çıxış edən klub rəhbəri "Qarabağ"ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyini bildirib:


"Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir "Qarabağ" izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.

Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. "Qarabağ"ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, "Qarabağ"ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir".

O, transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:


"Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. "Qarabağ" uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb.

Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda "Qarabağ"ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk".

Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, "Qarabağ"ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:


"Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə "Qarabağ"ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm "Qarabağ" üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq.

"Qarabağ" olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. "Qarabağ" yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır".

Klub funksioneri komandanın bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:


"Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha "Qarabağ" ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və "Qarabağ"ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm".

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

17:30

Xorvatiya millisində yeni baş məşqçi

17:07

Belçika FIFA-ya şikayət etdi, meydan dəyişdirildi

17:00

Qolfçularımızdan iki medal

16:50

“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda

16:29

"Napoli"ni "Real"a dəyişə bilər

16:06

Misir millisində baş məşqçi ilə bağlı qərar

16:00

Mertens Azərbaycan klubunda - RƏSMİ

15:49

Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı

15:32

“Atletiko Madrid”dən 40 milyonluq transfer

15:05

"Çelsi"dən hücum xətti üçün yeni hədəf

14:51

Fabinyodan "Real" açıqlaması

14:28

Mərakeş millisində ciddi itki

14:04

DÇ-2026-da 1/4 final start götürür

13:50

"Borussiya"nın ulduzu "Barselona" ilə anlaşdı

13:31

500-cü oyun, 550-ci qol

13:03

Federasiyadan futbolçuya cəza

12:49

Tribunanın bir hissəsi uçdu

12:19

"Turan Tovuz"da yeni təyinat

12:02

Millimizdən altı cavabsız qol

11:50

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

11:29

London təmsilçisindən üçüncü təklif

11:01

"Real"ın futbolçusu "Betis"də

10:49

İngiltərə - Norveç oyunu təxirə salına bilər

10:30

"İnter" italiyalı qolkiperi transfer etdi

10:01

İtaliya nəhənfi Martineslə anlaşdı

09:50

Azərbaycan UEFA reytinqində neçəncidir?

09:29

Silva da “Qarabağ”dan gedir – özü açıqladı

09:01

UEFA Avropa Liqası: "Qarabağ" ilk oyununa çıxır

23:56

Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurdu

23:26

32 yaşlı qapıçı İtaliya klubunda - RƏSMİ

22:56

Rəşad Sadıqov: “İstədiyimiz futbolu göstərə bildik”

22:23

“Torpedo”nun baş məşqçisi: “futbolçularda yorğunluq var idi”

21:49

KL: “Zirə” Gürcüstan klubunu məğlub etdi - YENİLƏNİB

20:54

Türkiyə klubunda ayrılıq - RƏSMİ

20:19

Qurbanov açıqladı - ŞOTLANDİYA KLUBUNA KEÇƏCƏK

20:13

Qurban Qurbanov: “Bəzi çatışmazlıqlarımız var”

19:58

Xorvatiya millisində istefa

19:34

“Trabzonspor”un futbolçusu Super Liqada klubunu dəyişdi

19:16

Millimiz Ukraynaya məğlub oldu

18:55

“Zirə” - “Torpedo”: HEYƏTLƏR

18:33

“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq

18:00

Hakimimiz Avropa Çempionatında

17:30

Milli üzvü İstanbul klubunda - RƏSMİ

17:07

Kosta ərəblərlə anlaşdı

17:00

FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri

16:50

FIFA-da böhran: 50 avropalı deputat İnfantinoya qarşı

16:37

"Kəpəz"də ayrılıq - RƏSMİ

16:30

Vozinya Messi ilə komanda yoldaşı ola bilər

16:15

"İmişli"dən qapıçı transferi - RƏSMİ

16:06

"Ayaks"a qayıtdı

15:48

Gürcü futbolçu İtaliya klubunda

15:29

Cənubi Koreyada gümüş medal

15:13

"Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu

15:05

Messi: "Özümə çox əsəbiləşmişdim"

14:51

DÇ-2026: Əsas favorit kimdir?

14:32

Məşhur futbolçunun oğlu “İnter”də

14:04

Misir fransalı hakimi FİFA-ya şikayət etdi

13:49

Premyer Liqa təmsilçisindən növbəti transfer

13:27

Azərbaycan millisinin sabiq futbolçusu Gürcüstan klubunda

13:03

Dörd klubumuz avrokuboklarda

12:55

"Qarabağ"ın hücumçusu "Seltik"in düşərgəsində

12:31

"İmişli"dən müdafiəçi transferi

12:02

London klubu futbolçunu icarəyə verdi

11:49

3000-ci qol

11:23

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

11:01

Poçettino ABŞ millisindən ayrılır?

10:50

İngiltərəli futbolçu üçün mundial başa çatdı

10:30

DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri

10:01

Arbeloa bu klubun baş məşqçisi təyin olundu - RƏSMİ

09:45

Fərid Nəbiyevin yeni klubu açıqlandı