"Neftçi"nin yay hazırlıq planı

Bölmə adı Azərbaycan
Yayımlandı 20-06-2025, 16:16

“Neftçi”nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.

Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR