
"Qarabağ" klubunun rəsmi paylaşımında Milli Qəhrəman Allahverdi Bağırov anılıb.
Sport1.az xəbər verir ki, bu gün komandanın keçmiş futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun doğum günü olduğu vurğulanıb.
Qeyd olunub ki, o, I Qarabağ müharibəsi zamanı 12 iyun 1992-ci ildə şəhid olub.
Paylaşım “Allah rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!” sözləri ilə tamamlanıb.
