
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva futbolçu karyerasını başa vurduqdan sonra gələcək planları ilə bağlı danışıb.
Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu BBC-yə verdiyi açıqlamada hələlik konkret qərarının olmadığını bildirib:
“Bu, çox çətin sualdır. Futbolu bitirdikdən sonra oyunda qalmaq istəməsəm, başqa bir sahə ilə məşğul ola bilərəm. Dayanmaq istəmirəm. Karyeram bitəndən sonra bunun cavabını tapmağa çalışacağam”.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin “Bernardo futbolu bitirdikdən sonra məşqçi olacaq” fikrinə də münasibət bildirən Silva bunu istisna etməyib:
“Bəlkə də mümkündür. Oyunu yaxşı başa düşdüyümü düşünürəm, çünki illərimi buna həsr etmişəm. Amma karyeram bitəndən sonra uşaqlarımla vaxt keçirmək, həyat yoldaşımla səyahət etmək istəyirəm. Futbolu sevirəm və yəqin ki, darıxacağam. Əgər qayıtsam, bu, böyük ehtimalla məşqçi kimi olar”.