son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ●

ASA-da “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim keçirilib

Bölmə adı Digər
Yayımlandı 3-04-2026, 20:09

Azərbaycan İdman Akademiyasında İstanbul Aydın Universitetinin İdman Elmləri fakültəsinin dekan müavini, dosent Dr. Fatih Serdar Şenduran tərəfindən “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim keçirilib.


Sport1.az xəbər verir ki, təlimdə idman elmlərində sürətlə inkişaf edən texnologiyalar, xüsusilə geyilə bilən texnoloji cihazların idmançıların performansının ölçülməsi, inkişafının izlənilməsi və fiziki keyfiyyətlərinin artırılmasında tətbiqi məsələləri müzakirə olunub.


Həmin texnologiyaların hərbi bədən tərbiyəsi sahəsində tətbiqi imkanları, fiziki hazırlığın monitorinqi, məşq prosesinin səmərəli təşkili və hərbi qulluqçuların fiziki göstəricilərinin təhlili üzrə müasir yanaşmalar təqdim edilib.


Dörd gün davam edən təlimin yekununda Akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxış edərək təqdim olunan texnologiyaların idman və hərbi tədris prosesində tətbiqinin vacibliyini qeyd edib.


Sonda iştirakçılara sertifikatlar verilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR