
"Real" klubu Fransa və İngiltərə federasiyalarından narazıdır.
Sport1.az xəbər verir ki, buna səbəb zədədən yeni qayıdan Kiliyan Mbappe və hələ sağalmayan Cud Bellinqemin milliyə çağırılmasıdır.
Klub hesab edir ki, bu qərarlar futbolçuların zədəsinin yenilənməsi riskini artırır və xüsusilə Mbappenin tam bərpa olunmadan Fransanın baş məşqçisi Didye Deşam tərəfindən heyətə daxil edilməsi narazılıq doğurur.
Bellinqemin çağırılması isə klub daxilində “məsuliyyətsizlik” kimi qiymətləndirilir.