SON DƏQİQƏ
"Barselona" bütün turnirlər daxil olmaqla öz meydanında keçirdiyi son 39 oyunun hər birində rəqib qapısına yol tapmağı bacarıb (124 qol).
Sport1.az xəbər verir ki, bu, kataloniyalıların doğma arenada 2018-ci ilin fevralından 2019-cu ilin oktyabrına qədər Ernesto Valverdenin rəhbərliyi altında qeydə alınan 45 matçlıq qol seriyasından (135 qol) sonra ən yaxşı göstəricisidir.
Xatırladaq ki, bu gün La Liqanın 29-cu turunda Hans-Diter Flikin komandası "Rayo Valyekano"nu 1:0 hesabı ilə məğlub edib.