son dəqiqə SON DƏQİQƏ
AÇ: Millimiz pley-offda “Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib

Advokat van Persiyə məsləhətlər verəcək

Bölmə adı Digər Liqalar
Yayımlandı 18-03-2026, 23:51

Niderlandlı məşqçi Dik Advokat “Feyenoord”a məsləhətçi kimi kömək edəcək.


Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


78 yaşlı mütəxəssis komandanın baş məşqçisi Robin van Persiyə tövsiyələri ilə dəstək olacaq. Advokat klubda rəsmi vəzifə tutmayacaq və matçlar zamanı ehtiyat oyunçular skamyasında yer almayacaq.


Qeyd edək ki, təcrübəli çalışdırıcı fevral ayında Kuraçao millisinin baş məşqçisi postundan ayrılıb. O, bu qərarı səhhətində problemlər yaranan qızının yanında olmaq istəyi ilə izah edib.


Hazırda Niderland çempionatında “Feyenoord” 52 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider PSV-dən 16 xal geri qalır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR