son dəqiqə SON DƏQİQƏ
AÇ: Millimiz pley-offda “Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib

Kanselunun “Barselona”da qalmaq ehtimalı artıb

Bölmə adı İspaniya
Yayımlandı 18-03-2026, 10:03

“Barselona” portuqaliyalı müdafiəçi Joao Kancelo ilə bağlı vəziyyəti diqqətdə saxlayır.


Sport1.az xəbər verir ki,  Kataloniya təmsilçisi futbolçunun müqavilə məsələsini izləyir.


Bildirilir ki, 31 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin tərəflər qarşılıqlı razılığa gələrsə, müqavilənin vaxtından əvvəl ləğvi mümkündür ki, bu halda “Barselona”nın transfer şansı xeyli yüksələcək.


Qeyd olunur ki, Kanselu yanvar ayında mövsümün sonuna qədər icarə əsasında “Barselona”ya qoşulub. Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu Kataloniya klubuna keçid üçün Səudiyyə Ərəbistanı təmsilçisində ona təklif olunan daha sərfəli maliyyə şərtlərindən imtina etməyə hazırdır.


“Barselona” rəhbərliyi isə Kanselunu əsas heyətin vacib üzvlərindən biri kimi görür və onun təcrübəsinə güvənir.


Bu mövsüm müdafiəçi “Barselona”nın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 9 milyon avro təşkil edir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR