son dəqiqə SON DƏQİQƏ
“Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib -

Samok: "O, çox danışmır, amma lazımi sözləri deyir" – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 10-03-2026, 23:23

Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" doğma meydanda "Turan-Tovuz"a məğlub oldu - 0:1.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların qapıçısı Sergey Samok jurnalistlərin suallarını cavablandırdı. 


Həmin müsahibəni təqdim edirik...


- Oyun haqqında fikirləriniz?

- Ağır oyun alındı. Qol epizodlarımızın sayı çox olmadı. Nə bizdə, nə də rəqibdə. İlk hissədə "Neftçi"nin cinah ötürmələri təhlükəli alınırdı. Lakin müdafiəçilərimiz bunun öhdəsindən gəldilər. Amma ümumilikdə bu, qələbədir.


- Yəqin ki, oyundan əvvəl "Zirə"nin "Kəpəz"lə görüşdə xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?

- Açığı, oyundan əvvəl bunu bilmirdim. Yalnız "Neftçi" ilə matçımız başa çatdıqdan sonra eşitdim ki, "Zirə" xal itirib. Bu, məni xoş mənada təəccübləndirdi. Lakin indidən nəsə demək olmaz. Çünki qarşıda hələ 10 tur var. Odur ki, hər matçda qələbə qazanmağa çalışmalıyıq.


- Ardıcıl 8 oyundur qapınızdan top buraxmırsınız. Bunu necə şərh edərdiniz?

- Təbii ki, 8 oyunda qol buraxmamağımız yaxşı haldır. Bu, bütün komandanın xidmətidir. Təkcə mənim deyil, müdafiəçilərin də rolu var. Çünki zərbələri buraxmırlar.


- Demək olar ki, "Turan Tovuz" bu qələbə sayəsində bürünc medala doğru vacib addım atdı?

- Əlbəttə. Amma "Neftçi" də yaxşı komandadır. Aramızdakı böyük xal fərqinə baxmayaraq, onların bizi ötmək şansları hələ də var. Amma qarşıda hələ çoxlu oyun var. Erkən sevinməyə dəyməz.


- Kurban Berdiyev mətbuat konfranslarında az danışır. Daha dəqiq desək, suallara konkret və lakonik cavab verir. Maraqlıdır, bu cür vacib qələbələrdən sonra paltardəyişmə otağında da eyni tərzdə çıxış edir?

- Hər dəfə fərqli olur. "Neftçi" ilə matçda qələbə çox vacib idi. Hamı sevinirdi, elə məşqçidə. O, məşqlərdə də, oyunlardan sonra da çox danışmır, amma lazımi sözləri deyir.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR