
Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz" səfərdə "Neftçi"ni məğlub etdi - 0:1.
Sport1.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi Bakıdakı vacib qalibiyyətdən sonra komandaya pul mükafatı ayırıb.
Qərara əsasən, qarşılaşmaya start heyətində başlayan futbolçuların hər biri 3000 dollar məbləğində bonus əldə edib.
Xatırladaq ki, qərb təmsilçisi bu qələbə sayəsində xalını 44-ə çatdıraraq 3-cü pillədəki mövqeyini möhkənləndirib.