son dəqiqə SON DƏQİQƏ
“Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib -

Saşa İliç mövsümün sonu "Sumqayıt"dan ayrılacaq? - ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-03-2026, 17:47

Misli Premyer Liqasının 23-cü turunda "Karvan-Yevlax" "Sumqayıt"la heç-heçə etdi - 1:1.


Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransında iştirak etdi.


Mütəxəssis oyun haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:


"Çalışdıq ki, akademiyanın yetirmələrinə şans verək. Bundan sonra bu yolla davam edəcəyik".


Qərarınızın səbəbi nədir?

– Rəhbərlikdən gələn tapşırıqdır ki, akademiya yetirmələrinə üstünlük verək. Kifayət qədər səhvlər etdik, keyfiyyətsiz oyun alındı. Penaltidən də yararlana bilmədik.


Bu heyət autsayderlə də bacarmır. Qarşıdakı oyunlardan nə gözləyirsiniz?

– Baxacağıq.


Strategiyanı dəyişmisiniz. Bu, sizin şəxsi iddianızla üst-üstə düşür?

– Verilən qərara hörmətlə yanaşıram.


Son zamanlarda komandanın oyunlarında geriləmə hiss olunur. İddia var ki, yayda klubdan ayrılacaqsınız?

– Mövsümün sonuna hələ var. Nə qərar verilsə, qəbul edəcək. Müqaviləm mövsümün sonuna kimidir.


– “Sumqayıt” akademiyasının perspektivi haqda nə düşünürsünüz?

– Güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Qərarı başa düşürəm, avrokuboklara vəsiqə şansımız azalıb. Buna görə strateji yollar ayrılıb.


Mövsümün əvvəlində qərar qəbul edilib ki, yerli, gənc oyunçuların oyun dəqiqəsinə görə bonuslar veriləcək. Bu strategiya məsələsində bu amilin rolu var?

– Bu barədə eşitmişəm. Strategiyanın dəyişməsi əsas avrokuboklara vəsiqə şanslarının azalmasıdır.


Komandanın belə durumunda rəhbərliyin dəstəyini hiss edirsiz, ya narazılıq var?

– Komanda üçün çalışırıq. Mövsümün əvvəli yaxşı başladıq. Amma qış fasiləsində müəyyən tələblərim oldu. Onlar da alınmadı.


Penaltiləri fərqli futbolçuların vurmasının izahı nədir?

– Bu, oyunçuların öz qərarıdır. Qarışmamışam.


– “Beşiktaş” – “Qalatasaray” oyununu izləyəcəksiniz?

– Əlbəttə, baxacağam. İki mövsüm “Qalatasaray”da oynamışam. Onların azarkeşiyəm.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR