
“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun adı İtaliya klubu ilə hallanır.
Sport1.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“Fiorentina” Azərbaycan çempionunun üzvü ilə maraqlanır. İtaliya təmsilçisinin rəhbərliyi və məşqçilər korpusu 24 yaşlı futbolçunun oyununu izləyib və onun transferinə müsbət yanaşır.
Yaxın günlərdə “Fiorentina”nın “Qarabağ”a rəsmi müraciət göndərə biləcəyi bildirilir. Tərəflər arasında razılıq əldə olunacağı halda, mümkün transferin yay “transfer pəncərəsi”ndə reallaşması ehtimal edilir.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2025-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bu mövsüm isə müxtəlif turnirlərdə ümumilikdə 37 oyuna çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.