son dəqiqə SON DƏQİQƏ
“Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib -

AFFA-nı ələ keçirən şəxslərdə utanma, arlanma deyilən hiss yoxdur - YAZI

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 6-03-2026, 19:03

10 mindən çox adamın gördüyü hadisə necə oldu ki, Emin Cəfərovun diqqətindən qaçdı?


Bunun tək adı var: qorxu! "Sabah"ın rəhbəri İcraiyyə Komitəsinin üzvüdür. "Sabah"ın ən böyük azarkeşi AFFA-nın vitse-prezidentidir. Təbii ki, Emin Cəfərov bu epizodu görməyəcəkdi. 


Hər şeyi qoyaq kənara! Bir azərbaycanlı təhqir olunur. Buna necə göz yummaq olar? Ya da Valerio Zuddasın bu hərəkəti AFFA İntizam Komitəsi və Emin Cəfərov üçün adi bir şeydir. 


Mövzunu çox uzatmağa dəyməz. Bu verilişi 4 gün öncə çəkmişik. Bilirdim ki, İntizam Komitəsi belə qərar verəcək. Bu səbəbdən də "qurumun cəza verməyə gücü çatacaqmı?" sualını izləyicilərə ünvanlamışam. Sonra düşündüm ki, bəlkə arlarına qısılaraq ən azı 4 oyunluq cəza verərlər. Vermədilər!


Demək ki, AFFA-nı ələ keçirən şəxslərdə utanma, arlanma deyilən hiss yox imiş...


PS: Valerio Zuddasın hərəkətinin videosu "Teleqraf.az"a məxsusdur.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR