
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 22-ci turunun "Qarabağ" - "Sabah" (3:3) oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
* 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);