son dəqiqə SON DƏQİQƏ
AÇ: Millimiz pley-offda “Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib

AFFA-dan "Neftçi"nin məşqçisinə sərt cəza

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-03-2026, 14:53

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 22-ci turunda baş tutan "Şamaxı" - "Neftçi" (2:2) görüşü ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


* 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);


* 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);


* 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda “Neftçi” komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR