
“Qarabağ”ın hücumçusu Emmanuel Addai Avropa klublarının diqqətini cəlb edib.
Sport1.az xəbər verir ki, məlumatı “Football Insider” nəşri yayıb. Qanalı futbolçuya xüsusilə Böyük Britaniyadan maraq var. Bir neçə klubun 24 yaşlı oyunçunu yay “transfer pəncərəsi”ndə heyətinə qatmaq istədiyi bildirilir.
Addainin Ağdam təmsilçisi ilə mövcud müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bu səbəbdən futbolçu yeni klubla əvvəlcədən razılıq əldə edə bilər.
Qeyd olunur ki, qış “transfer pəncərəsi” zamanı Almaniyanın “Ayntraxt” klubu da hücumçu ilə bağlı təşəbbüs göstərib. Lakin həmin dövrdə tərəflər arasında razılıq əldə olunmayıb.
Bununla yanaşı, İtaliya təmsilçisi “Napoli”nin də Addainin çıxışını yaxından izlədiyi və onun mümkün transferi ilə maraqlanan klublar arasında olduğu vurğulanır.