son dəqiqə SON DƏQİQƏ
“Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib -

Adama Traoreyə qeyri-adi qadağa

Bölmə adı İngiltərə
Yayımlandı 3-03-2026, 19:25

İngiltərənin “Vest Hem” futbol komandasının baş məşqçisi Nuno Espirito Santo yarımmüdafiəçi Adama Traore ilə bağlı maraqlı qərar verib.


Sport1.az xəbər verir ki, təcrübəli məşqçi Traorenin onsuz da kifayət qədər güclü fiziki quruluşa malik olduğunu və əlavə əzələ kütləsinə ehtiyac duymadığını vurğulayıb. Mütəxəssis bildirib ki, oyunçunun mövcud əzələ kütləsi tamamilə kifayətdir.


Texniki heyətin bu qərarı futbolçunun sürətini və çevikliyini qorumaq məqsədi ilə verdiyi bildirilir. Güclü fiziki göstəriciləri ilə tanınan futbolçunun məşq proqramında dəyişiklik edilib və əsas diqqət performans balansının saxlanılmasına yönəldilib.


Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Liqa Kubokunun oyununda Adama Traore “Çelsi”nin müdafiəçisi 


Kukurellanı kobud şəkildə meydandan kənara atmışdı. Bu, iki rəqib komanda üzvlərinin toqquşması ilə nəticələnmişdi. Oyun “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə bitmişdi.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR