
“Real” ciddi itkilərlə üzləşib.
Sport1.az xəbər verir ki, Din Heysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər.
Onlar 26-cı turda “Xetafe”ya uduzduqları (0:1) qarrşılaşmada cəzalı duruma düşüblər.
Xatırladaq ki, “Xetafe” ilə görüşdə Rauf Asensio, Cud Bellinqem, Eduardo Kamavinqa, Dani Sebalyos, Eder Militao və Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyiblər.
“Selta” – “Real” oyunu martın 6-dan 7-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.