son dəqiqə SON DƏQİQƏ

“Mançester Yunayted” mənfəətə çıxdığını elan edib

Bölmə adı İngiltərə
Yayımlandı 26-02-2026, 11:19

“Mançester Yunayted” maliyyə ilinin ilk altı ayının yekunlarına dair hesabatını açıqlayıb.

Sport1.az  xəbər verir ki, klub bu dövr ərzində 32,6 milyon funt sterlinq (74,49 milyon AZN) əməliyyat mənfəəti əldə etdiyini bildirib. Bu göstərici klubun maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.


Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Mançester təmsilçisi 3,9 milyon funt sterlinq (8,91 milyon AZN) əməliyyat zərəri ilə üzləşmişdi. Beləliklə, klub bir il ərzində itkiləri tamamilə bağlayaraq gəlirlərini ciddi şəkildə artırmağa nail olub.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR