
“Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin agenti Folker Ştrut futbolçunun gələcəyi ilə bağlı maraqlı açıqlama verib.
Sport1.az xəbər verir ki, “Bild”ə danışan agent Madrid “Real”ını arzuladıqlarını açıq şəkildə ifadə edib.
“Liverpul” və ya “Bavariya”ya keçid müzakirə olunanda Xabi Alonso ilə əlaqə saxladım və dedim: “Sən “Bayer”dən bu oğlanı özünlə “Real”a aparmalısan”. Xabi isə cavab verdi: “Bunu mənə demə, Florentino Peresə çatdır”.
Mən də ona mesaj yazdım: “Əziz Florentino, sənə dəfələrlə demişəm, məndə çox tövsiyə etdiyim bir oyunçu var. Florian Virts dünyanın istənilən komandasını daha güclü edə bilər”.
Həmin il heyət və büdcə səbəbindən uyğun vaxt deyildi. “Real”ın xəzinəsi də hər zaman dolu olmur. Amma hələ də ümid edirəm ki, Florian nə vaxtsa ora gedəcək”, – deyə Ştrut bildirib.