
Bu gün futzal üzrə Yüksək Liqada 11-ci turun 2 oyunu keçirilib.
Sport1.az xəbər verir ki, ilk oyunda iddialı “Neftçi” autsayder “Lənkəran”la qarşılaşıb.
Oyun “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 19:0. Digər oyunda lider “Araz-Naxçıvan”la “ilk 3-lük”də yer alan “Baku Fire”lə üz-üzə gəlib. Əvvəlcə nominal meydan sahibləri ardıcıl 2 qol vurub. Amma fasiləyə qədər lider nəinki status-kvonu bərpa edib, hesabı xeyrinə də dəyişməyi bacarıb. İkinci hissədə daha çox qol vuran “qırmızı -ağlar” dueldən qalib ayrılıb – 8:3.
Tura şənbə günü keçiriləcək bir oyunla yekun vurulacaq.