
Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.
Sport1.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni sınağa çəkəcək. Hazırda paytaxt klubu 27 xalla 6-cı, Gəncə təmsilçisi isə 13 xalla 11-ci pillədə qərarlaşıb. Bu komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində “Sumqayıt” 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir.
Qeyd edək ki, tura sabah keçiriləcək ik oyunla yekun vurulacaq.
20-ci tur
15 fevral
14:30. "Kəpəz" - "Neftçi"
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
17:00. "Araz-Naxçıvan" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"
16 fevral
14:30. "Şamaxı" - "Turan Tovuz"
17:00. "Qəbələ" – "Sabah"
14 fevral
"İmişli" - "Qarabağ" - 0:1
"Zirə" - "Karvan-Yevlax" - 1:0