
Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Hulmand karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, danimarkalı ilə "Mançester Yunayted" yaxından maraqlanır. Məlumatı “Topskills Sports” nəşri yayıb.
Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır. Oyunçunun sərbəstqalma dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, Hulmand bu mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə 30 matça çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.