
Misli Premyer Liqasında 20-ci turun açılış oyunlarından birində “İmişli” ilə “Qarabağ” üz-üzə gəlir.
Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilir. İlk hissə gərgin mübarizə şəraitində keçsə də, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.
Ağdam təmsilçisi matça itki ilə çıxıb. Sport1.az-ın əldə etdiyi məlumata görə, komandanın əsas qapıçısı Mateus Koxalski ayağındakı ağrılar səbəbindən görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, turun ilk oyun günündə daha bir qarşılaşma baş tutacaq və “Zirə” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək.