
Çimərlik futbolu üzrə Avropa Çempionatının B Divizionu Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.
Sport1.az AFFA-nın saytına istinadən xəbər verir ki, 15-19 iyul tarixlərində keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.
Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcəyi bildirilib.