
Bu gün Misli Premyer Liqasında 20-ci tur start götürüb.
Sport1.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə son çempion "Qarabağ" "İmişli"nin qonağı olub. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Günün digər oyununda "Zirə" "Karvan-Yevlax"ı qəbul edib. Bu matçda da cəmi 1 qol olub. Bu səfər qələbə qazanan tərəf ev sahibləri olub.
Misli Premyer Liqası, 2-ci dövrə, 20-ci tur
14 fevral
"İmişli" – "Qarabağ" 0:1
Qol: Musa Qurbanlı, 80. (0:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Quba Olimpiya İdman Kompleksinin stadionu
“Zirə" – "Karvan-Yevlax" 1:0
Qol: Davit Volkov, 20. (1:0)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu
15 fevral
14:30. "Kəpəz" – "Neftçi"
17:00. "Araz-Naxçıvan" – "Sumqayıt"
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"
17:00. "Qəbələ" – "Sabah"