son dəqiqə SON DƏQİQƏ

“Milan”dan “Bornmut”a

Bölmə adı İtaliya
Yayımlandı 13-02-2026, 00:31

İngiltərənin "Bornmut" komandası İtaliya təmsilçisi "Milan"ın müdafiəçisi Aleks Himenesi birdəfəlik transfer edib.


Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


20 yaşlı ispaniyalı futbolçu 2025-ci ilin sentyabrından etibarən "Bornmut"da icarə əsasında çıxış edirdi. O, cari mövsüm bu klubun heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Qeyd edək ki, Aleks Himenesin "Milan"la müqaviləsi 2028-ci ilədək qüvvədə idi.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR