Azərbaycanın futbol millisi Belarusda Beynəlxalq İnkişaf Turnirinə qatılacaq

Bölmə adı Milli
Yayımlandı 12-02-2026, 18:32

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.


Sport1.az xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.


Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.


Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.


Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR