
“İmişli”-nin prezidenti Kamran Eyyubov Gürcüstanın aparıcı futbol mərkəzlərindən biri olan Dinamo Tbilisi Futbol Akademiyasında işgüzar görüş keçirib.
Sport1.az xəbər verir ki, görüş zamanı tərəflər akademiya səviyyəsində futbolun təşkili, gənc futbolçuların seçim və hazırlıq prosesi, eləcə də uzunmüddətli inkişaf modelləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Müzakirələrin əsas mövzularından biri "İmişli" Futbol Akademiyasının yaradılması ilə bağlı planlar olub. Akademiyanın strukturunun formalaşdırılması, idarəetmə mexanizmi, məşq metodologiyası və perspektiv inkişaf strategiyası üzrə əsas prioritetlər müəyyənləşdirilib. Dinamo Tbilisi Akademiyasının illər ərzində qazandığı təcrübə bu baxımdan nümunə kimi dəyərləndirilib.