
“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasına ABŞ-də davam edəcək.
Sport1.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Minnesota” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xameslə müqavilə yaya kimi nəzərdə tutulub.
Karyerası ərzində “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda forma geyinən Xamesin son ünvanı Meksikada “Leon” olub.