
Bir neçə gün öncə "Kəpəz"in üzvü Veysəl Rzayev bıçaqlanmışdı.
Yarımmüdafiəçi ilə bağlı məsələ ölkədə gündəm oldu. Görəsən, Veysəl Rzayevin hazırkı vəziyyəti necədir? 23 yaşlı futbolçu xəstəxanadan evə nə vaxt buraxılacaq?
Suallarımızı "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasova ünvanladıq. Klub rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Veysəl Rzayevin vəziyyəti yaxşılığa doğru gedir. Evə nə vaxt buraxılacağı ilə bağlı qərarı həkimlər verəcəklər. Ümid edək ki, tezliklə xəstəxanadan çıxacaq".
MƏHƏMMƏD HÜSEYNOV