Qurban Qurbanova həsr edilən film bu tarixdə nümayiş etdiriləcək

Bölmə adı Azərbaycan
Yayımlandı 5-02-2026, 16:10

Nizami Kino Mərkəzində Azərbaycan futbolunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” idman dramı nümayiş olunacaq.


Sport1.az xəbər verir ki, azarkeşlərin ekran əsərini fevralın 7-də izləmək imkanı olacaq.


Film onun 20-ci əsrin 80-ci illərindən başlayan həyat yolunu, futbolçu və baş məşqçi kimi formalaşmasını, UEFA Çempionlar Liqasına qədər uzanan peşəkar karyerasını əks etdirir.


Rejissor ekran işində Qurban Qurbanovun əzm, liderlik və uğur hekayəsini dərin və təsirli formada əks etdirib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR