Liderlər xal itirdilər, "Səbail" qalib gəldi - YENİLƏNİB

Bölmə adı I Liqa
Yayımlandı 5-02-2026, 16:39

I Liqada qış fasiləsi başa çatıb.


Sport1.az xəbər verir ki, çempionatda 13-cü tur start götürüb.


İlk oyun günündə 3 qarşılaşma baş tutub. "Cəbrayıl" Şamaxıda MOİK-i qəbul edib.


Turun mərkəzi matçı Binədə baş tutub. Lider "Şəfa" ikinci pillədə qərarlaşan "Baku Sportinq"i qəbul edib.


Günün son oyunu Zaqatalada baş tutub. Yerli komanda çempionluq mübarizəsi aparan "Səbail"lə qarşılaşıb.


I Liqa, 13-cü tur

5 fevral (cümə axşamı)


“Cəbrayıl” – MOİK 2:2

Qollar: Arsen Dauda, 11; 74 – Seyxan Fərəcov, 41. Mehrac Baxşalı, 69.

 

“Şəfa” – “Baku Sportinq” 1:1

Qollar: Emin Zamanov, 48-pen – Xəyyam Məmmədli, 75.

 

“Zaqatala” – “Səbail” 0:1

Qol: Emil Qasımov, 18.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR