
“Qarabağ” yeni transfer hədəfi bəlli olub.
Sport1.az xəbər verir ki, Ağdam klubu Fransa doğumlu, Malta millisinin üzvü olan İlyas Şuareflə maraqlanır. Hazırda İsveçrənin “Sion” klubunda çıxış edən 25 yaşlı vinger cari mövsümdə bütün turnirlərdə 24 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sol cinahda oynayan, sağ ayaqlı futbolçunun “Sion”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Şuarefin bazar dəyəri 3 milyon avro qiymətləndirilir.