
“Qarabağ” futbol klubunun müraciəti əsasında ev oyunları ilə bağlı qərar verilib.
Sport1.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, “Qarabağ” klubu “Turan Tovuz”un da müvəqqəti ev oyunlarını keçirdiyi “Azersun Arena”nın ot örtüyünün hazırkı vəziyyətini və onun daha da zədələnmə riskini nəzərə alaraq, fevralın 1-dən etibarən ev matçlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək üçün PFL-ə müraciət edib.
Stadionun mövcud durumu, ümumi infrastrukturun qorunması və müraciətdə göstərilən məqamlar nəzərə alınaraq, Peşəkar Futbol Liqası “Qarabağ”ın ev oyunlarının fevralın 1-nə təyin olunan “Turan Tovuz”la qarşılaşmadan başlayaraq növbəti bildirişədək Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Qeyd olunub ki, oyunların başlama saatı və keçirilmə günü ilə bağlı hər hansı dəyişiklik edilməyib