
“Qəbələ” heyətində ayrılıq yaşanıb.
Sport1.az xəbər verir ki, klubun mətbuat xidməti yarımmüdafiəçi Jondo Fuxs yolların qarşılıqlı razılıq əsasında ayrıldığını açıqlayıb. 28 yaşlı kamerunlu futbolçu ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Fuxs “Qəbələ”yə 2025-ci il oktyabrın 10-da azad agent kimi qoşulmuşdu. O, komandanın heyətində 4 oyunda meydana çıxmışdı.