Tofiq Bəhramovun nəvəsinə vəzifə verildi

Bölmə adı Azərbaycan
Yayımlandı 25-01-2026, 23:19

Tofiq Bəhramovun nəvəsi yeni təyinat alıb.


Sport1.az xəbər verir ki, babası ilə eyni adı daşıyan Bayramov Tofiq Bəhramov adına Respublika Stadionunda direktor müavini vəzifəsinə gətirilib.


Tofiq Bayramov bundan əvvəl Dövlət Gömrük Komitəsində müxtəlif postlarda çalışıb.


Qeyd edək ki, stadionun adını daşıdığı əfsanəvi referi Tofiq Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərə – Almaniya görüşündə verdiyi qərarla futbol tarixində yadda qalıb. 1993-cü ildə vəfat edən hakimin adı hazırda paytaxtdakı Respublika Stadionunda yaşadılır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR