
Misli Premyer Liqasının 17-ci turunda “Neftçi” "Zirə" ilə heç-heçə etdi - 0:0.
Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların üzvü Rüfət Abdullazadə jurnalistlərin suallarını cavablandırdı.
Həmin müsahibəni təqdim edirik...
– Hazırkı durumunla bağlı nə deyə bilərsən? Hansıda dəyişiklik var?
- Ciddi nəsə yoxdur. Bəzi məsələlər var ki, zamanla formalaşır. Legioner olmaq futbolçu üçün qürurdur və daim oynamaq istəyirsən. Amma oynamadığın halda da reallığı qəbul etmək lazımdır. Çünki orada rəqabət çox güclüdür və bunu hamımız bilirik.
– Xorvatiya liqası ilə bağlı fikirlərin necədir?
- Rəqabət çox güclüdür. Bunu hamı bilir. Mən də oynamaq üçün fərqli variantları nəzərdən keçirdim. Sonda özüm üçün daha uyğun olan yolu seçdim.
– Öz performansını necə qiymətləndirirsən?
- Açığı, hələ ideal səviyyədə dəyərləndirmirəm. Xorvatiyaya yenidən qayıtmaq üçün üzərimdə daha çox işləməliyəm. Elə biri deyiləm ki, çətinlik görəndə geri çəkilim. Əksinə, daha çox çalışmağa üstünlük verirəm
– Hazırda əsas diqqətin nəyə yönəlib?
- Bu il buradayam və bütün fikrim işimə fokuslanmaqdır. Burada olduğum müddətdə komandaya maksimum fayda verməyə çalışıram.
– Rəşad Sadıqovla münasibət necədir?
- Bəzi mövzular var idi ki, bir az çətin idi. Hər şeyi dərhal paylaşmaq mümkün olmadı. Amma ümumi olaraq baş məşqçi ilə daim ünsiyyətdəyik.
– Hazırkı fiziki və psixoloji durumunu necə qiymətləndirirsən?
- Bəli, baş məşqçi ilə daim danışırıq. Düşünürəm ki, artıq yavaş-yavaş özümü daha hazır hiss etməyə başlamışam.
MƏHƏMMƏD HÜSEYNOV