
“Liverpul”un sol cinah müdafiəçisi Endryu Robertsonun “Tottenhem”ə keçid ehtimalı gündəmdədir.
Sport1.az xəbər verir ki, jurnalist Ben Ceykobsun “X” sosial şəbəkəsində yaydığı məlumata əsasən, şotland futbolçu bu transferə maraqlı olduğunu kluba bildirib. Bu ssenari gerçəkləşərsə, mersisayd təmsilçisi hazırda “Roma”da icarədə olan Konstantinos Tsimitsası geri qaytarmaq üçün İtaliya klubuna müraciət etməyi planlaşdırır.
Müqavilədə icarənin vaxtından əvvəl dayandırılması ilə bağlı xüsusi bənd olmasa da, yarımmüdafiəçinin də “Enfild”ə qayıtmaq istədiyi vurğulanır.
Xatırladaq ki, 29 yaşlı futbolçu ötən yay “Roma”ya icarəyə verilib və razılaşma 2025/26 mövsümünün sonunadək nəzərdə tutulub. Onun “Liverpul”la müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.
Bildirilir ki, “Tottenhem” Robertsonun keçidini qış “transfer pəncərəsi”ndə reallaşdırmaq niyyətindədir və tərəflər klub səviyyəsində danışıqları davam etdirir.