“Araz-Naxçıvan” Pisotski ilə müqavilə imzaladı

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-01-2026, 13:29

“Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis cəlb olunub.


Sport1.az xəbər verir ki, baş məşqçi Andrey Demçenkonun istəyi ilə komandaya 39 yaşlı Yevgen Pisotski dəvət edilib. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.


Qeyd edək ki, Pisotskinin gəlişinə qədər “Araz-Naxçıvan”ın məşqçilər korpusunda Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR