
“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Masazır təmsilçisindən ayrılmasının əsas səbəbini açıqlayıb.
Sport1.az xəbər verir ki, 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralınadək komandada çalışmış rusiyalı mütəxəssis həmin dönəmdə ən böyük problemin emosiyasızlıq olduğunu bildirib:
“Ən çətini emosiyası olmayan komandanı çalışdırmaqdır. Futbolçular məğlubiyyətə adi hal kimi baxırdılar. Mən “Sabah”dan getdim. Amma bu, o demək deyil ki, məni oradan göndərdilər. İki il “Sabah”da işlədim. Daim qələbə qazanmaq və inkişaf etmək istəyən komandamız var idi. Sonra liderlər getdi, yeni futbolçular gəldi. Onda uğursuz mövsüm oldu. Ümumilikdə mənim emosiyasız komandadan xoşum gəlmir”.