“Qarabağ” azarkeşlərinin yadında qalan futbolçu Premyer Liqa klubunda

Bölmə adı İngiltərə
Yayımlandı 20-01-2026, 15:54

“Qarabağ”la oyunlardan tanıdığımız 20 yaşlı macar yarımmüdafiəçi Aleks Tot karyerasını İngiltərədə davam etdirəcək.


Sport1.az xəbər verir ki, “Bornmut” “Ferensvaroş”un futbolçusunun transferini rəsmiləşdirib. Premyer Liqa təmsilçisi Aleks Totla 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.


İngiltərə mətbuatının yazdığına görə, “Bornmut” bu keçid üçün Budapeşt klubuna 12 milyon avro ödəyəcək, daha 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 


Cari mövsümdə gənc yarımmüdafiəçi bütün turnirlər üzrə 25 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. O, “Ferensvaroş”da ümumilikdə 60 matçda 4 dəfə fərqlənib, 15 assistlə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR